Bank Of Baku

Son beş gündə Azərbaycan paytaxtında 3 156 borclu abonentin qazı kəsilib

Son beş gündə Azərbaycan paytaxtında 3 156 borclu abonentin qazı kəsilib
# 06 oktyabr 2009 07:44 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyinin Bakı şəhər Qaz İstismar İdarəsi tərəfindən sentyabrın 30-dan oktyabrın 5-dək paytaxt üzrə təbii qaza görə borcu olan 3 156 abonentin qaz təminatı dayandırılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Ən çox qaz təchizatının dayandırılması Binəqədi rayonu üzrə olub – 857 abonent. Ötən 5 gün ərzində Suraxanı rayonu üzrə 610, Əzizbəyov rayonu üzrə 482, Qaradağ rayonu üzrə 296, Nəsimi rayonu üzrə 166, Sabunçu rayonu üzrə 160, Yasamal rayonu üzrə 158, Səbail rayonu üzrə 124, Xətai rayonu üzrə 122, Nizami rayonu üzrə 117, Nərimanov rayonu üzrə 64 abonentin qaz təchizatı dayandırılıb.

Qeyd edək ki, ARDNŞ sentyabrın 24-də Bakı şəhəri üzrə borclu abonentlərə istehlak etdikləri qazın dəyərinin sentyabrın 30-dək ödənilməsi barədə xəbərdarlıq etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR