Bank Of Baku

Daha bir şirkət Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşulub

Daha bir şirkət Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşulub
# 06 oktyabr 2009 11:06 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən “GDF SUEZ Eksploreyşn Kaspian B.V.” şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalayıb.

Neft Fondunun mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Qoşulma Aktı”nı imzalamaqla “GDF SUEZ Eksploreyşn Kaspian B.V.” şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti – on birinci hesabat dövrü (2009-cu ilin birinci yarısı) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.

Bununla MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 27-yə çatıb. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi (neft və qaz) şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP-Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan sənədə daha beş şirkət - Inpex Azərbaycan, Binəqədi Oil, RAFI Oil, NİCO və Apsheron Investments Ltd şirkətləri qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR