Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ABŞ-ın energetika məsələləri üzrə katibinin müavini ilə görüşüb

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti ABŞ-ın energetika məsələləri üzrə katibinin müavini ilə görüşüb
# 06 oktyabr 2009 12:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan ABŞ-ın energetika məsələləri üzrə katibinin müavini Daniel Ponemanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə ARDNŞ prezidenti Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin daim yüksələn xətlə inkişaf etdiyini bildirib. R.Abdullayev ABŞ Administrasiyasının Azərbaycanda həyata keçirilən enerji layihələrinin gerçəkləşməsinə həmişə dəstək verdiyini qeyd edib.

D.Poneman isə öz növbəsində «Əsrin müqaviləsi»nin 15-ci ildönümü ilə əlaqədar bayram təntənələrinin keçirildiyini xatırlayaraq, bu tarixi saziş çərçivəsində həyata keçirilən layihələrin ABŞ və Azərbaycan üçün qarşılıqlı strateji maraq kəsb etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR