Bank Of Baku

Mixay Bayer: Qətərin “Nabucco” layihəsinə qoşulması üçün xeyli vaxt tələb olunur

Mixay Bayer: Qətərin “Nabucco” layihəsinə qoşulması üçün xeyli vaxt tələb olunur
# 06 oktyabr 2009 13:38 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Macarıstan hökumətinin “Nabucco” layihəsi ilə bağlı xüsusi tapşırıqlar üzrə səfiri Mixay Bayer Qətərin layihədə iştirakı ilə bağlı məsələyə münasibət bildirib.

APA-nın məlumatına görə, M.Bayer jurnalistlərə açıqlamasında bildirib ki, Qətərin layihədə iştirakı çox maraqlı ideyadır, amma hələ işlənilməyib: “Qətər “Nabucco” layihəsinin əsas təchizatçısı ola bilməz. Çünki Qətər-Türkiyə-Avropa marşrutu üzrə qaz kəmərinin reallaşması üçün xeyli vaxt tələb olunur. Bu haqda Türkiyə ilə Qətər arasında bu yaxınlarda danışıqlar olub. Onun reallaşması üçün İraq vasitəsilə çox çətin marşrut lazımdır. Bəs İraq qaz kəmərinin təhlükəsizliyi üçün sabitlik və təhlükəsizlik vəd edə bilərmi? Əgər qaz kəməri İraqdan keçməsə, başqa marşrutla Səudiyyə Ərəbistanı, İordaniya, Suriya ərazisindən keçməlidir. Bunu hazırlamaq üçün xeyli vaxt tələb olunur. O vaxta qədər isə layihə yəqin ki, hazır olacaq və kəmərin doldurulması üçün mənbələr tapılacaq”.

Layihənin reallaşdırılmasının ilkin mərhələsində əsas qaz təchizatçıları Azərbaycan və İraq olacaq. Onlardan 8 mlrd. kubmetr qaz alınması planlaşdırılır. Sonradan layihəyə türkmən qazı da qoşulacaq.

Xatırladaq ki, bu yaxınlarda Türkiyə Qətərin “Nabucco” qaz kəməri layihəsində iştirakına tərəfdar olduğunu bəyan edib. Qətər dünyanın üçüncü ən böyük qaz ehtiyatlarına malik ölkəsidir və maye qazın əsas ixracatçısıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR