Bank Of Baku

Fransa Eskene-Kurık magistral neft kəmərinin tikintisində iştirak edəcək

Fransa Eskene-Kurık magistral neft kəmərinin tikintisində iştirak edəcək
# 06 oktyabr 2009 15:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Qazaxıstan və Fransa prezidentləri Nursultan Nazarbayev və Nikola Sarkozi Fransa tərəfinin Eskene-Kurık magistral neft kəmərinin tikintisində iştirakı barədə razılığa gəliblər. APA-nın İTAR-TASS-a istinadən xəbərinə görə, bu barədə danışıqların yekununa həsr olunmuş mətbuat konfransında N.Nazarbayev məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı olaraq Fransa prezidentinin Astanaya dövlət səfəri çərçivəsində “KazMunayQaz” (Qazaxıstan) və “SPİKAPAQ” (Fransa) şirkətləri arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Qeyd edək ki, Eskene-Kurık magistral neft kəməri Qazaxıstanın “Xəzər neftinin nəqli sistemi” layihəsinin əsas hissəsidir. Bu kəmər vasitəsilə Qazaxıstanın “Tengiz” və “Kaşaqan” yataqlarından çıxarılan neft Bakıya çatdırılacaq, buradan isə Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə Qazaxıstan nefti Avropaya – Qara dəniz limanlarına çıxarılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR