Bank Of Baku

Almatıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun toplantısı keçirilib

Almatıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun toplantısı keçirilib
# 06 oktyabr 2009 16:45 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Almatıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) Qazaxıstan nümayəndələri ilə birgə toplantısı keçirilib.

CEIBC-dən “APA-Economics”ə verilən xəbərə görə, görüşdə ARDNŞ-nin Qazaxıstan Respublikasındakı nümayəndəliyinin rəhbəri Vurğun Cəfərov və AzBTC-nin icraçı direktoru İlham Nəsirov iştirak ediblər. Toplantıda CEIBC üzvü olan şirkətlər üçün Xəzər Neft-Qaz Birjasının təqdimat mərasimi keçirilib.

CEIBC-nin prezidenti və baş icraçı direktoru Telman Əliyev klubun yaranma tarixindən söz açıb.

Görüşdə Azərbaycan, Rusiya, Qazaxıstan, Türkiyə, Gürcüstan, ABŞ, Böyük Britaniya, Fransa, Ukrayna, Latviya, İran və başqa ölkələrin şirkətləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR