Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti sentyabrda dövlət büdcəsinə ödənişləri 19% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti sentyabrda dövlət büdcəsinə ödənişləri 19% artırıb
# 07 oktyabr 2009 07:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin sentyabr ayında dövlət büdcəsinə 116 965 000 manat vəsait ödəyib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Dövlət büdcəsinə ödəniş avqust ayı ilə müqayisədə 19,02% artıb.

Cari ilin yanvar-sentyabr aylarında isə büdcəyə 711 670 000 manat vəsait ödənilib. Bundan başqa, 2009-cu ilin sentyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 15 289 000 manat vəsait köçürüb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 329 000 manat və ya 92% çoxdur. Ümumilikdə, cari ilin ilk 9 ayında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 85 643 000 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR