Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti sentyabrda 13 161 metr qazma işi görüb

Azərbaycan Dövlət Neft Şirkəti sentyabrda 13 161 metr qazma işi görüb
# 07 oktyabr 2009 14:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 2009-cu ilin sentyabr ayında 13 161 metr qazma işi həyata keçirilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Bu sahədə görülmüş işlərin 11 269 metri istismara, 1 892 metri isə kəşfiyyata aid olub.

Ümumilikdə, 2009-cu ilin əvvəlindən oktyabrın 1-ə kimi ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 131 581 metr qazma işi görülüb ki, bunun da 128 721 metri istismara, 2 860 metri isə kəşfiyyata aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR