Bank Of Baku

Azərbaycan Qazaxıstanda keçirilən neft-qaz sərgisində iştirak edir

Azərbaycan Qazaxıstanda keçirilən neft-qaz sərgisində iştirak edir
# 08 oktyabr 2009 10:49 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Almatıda keçirilən neft-qaz sərgisində iştirak edir. Xəzər Avropa İşgüzar İnteqrasiya Klubundan (CEİBC) “APA-Economics”ə verilən məlumata görə, “KİOGE-2009” 17-ci Qazaxıstan Beynəlxalq Neft-Qaz Sərgi və Konfransı Xəzəryanı ölkələrin ən nüfuzlu tədbirlərindən biridir.

Beynəlxalq konfransda çıxış edən ARDNŞ prezidentinin müşaviri Murad Heydərov təmsil etdiyi qurumun fəaliyyətindən söz açıb, Azərbaycan-Qazaxıstan enerji əməkdaşlığını müxtəlif aspektlərdən şərh edib.

Bu gün həmçinin konfransda ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Muxtar Babayevin, AzBTC-nin icraçı direktoru İlham Nəsirovun, “Cross Caspian Oil and Gas Logistics LLC”-nin baş direktoru Nailə Mehrabovanın çıxışı gözlənilir.

“KİOGE-2009-“-un işində CEİBC-nin və “Caspian Energy” Beynəlxalq Media Qrupunun nümayəndə heyəti də iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR