Bank Of Baku

Azərbaycan sentyabrda elektrik enerjisi istehsalını 8% azaldıb

Azərbaycan sentyabrda elektrik enerjisi istehsalını 8% azaldıb
# 08 oktyabr 2009 11:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sentyabr ayında Azərbaycanın enerji sistemində 1,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da avqust ayı ilə müqayisədə 7,6% azdır. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.

Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1 mlrd. kVt/saatdan artıq, su elektrik stansiyalarının (SES) payına isə 0,2 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsalı düşüb.

Bununla yanaşı, ay ərzində Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.

Cari ilin 9 ayı ərzində isə enerji sistemində 14 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1% azdır. Bu həcmdən 12,4 mlrd. kVt/saata yaxın İES-lərin, 1,6 mlrd. kVt/saata yaxını isə SES-lərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR