Bank Of Baku

Kiyevdə ARDNŞ-nin nümayəndəliyi açılacaq

Kiyevdə ARDNŞ-nin nümayəndəliyi açılacaq
# 08 oktyabr 2009 11:37 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Oktyabrın 12-də Kiyevdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəliyi açılacaq.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Borus Klimçuk məlumat verib. Mərasimdə ARDN-nin vitse-prezidenti Elşad Nəsirov da iştirak edəcək.

Səfir qeyd edib ki, Azərbaycanla Ukrayna arasında enerji sahəsində əməkdaşlıq davam edir. Onun sözlərinə görə, Ukrayna artıq iki partiya Azərbaycan nefti alıb. Oktyabrın əvvəlində Odessaya Supsadan 80 ton yüklə ilk tanker yan alıb. Digər tanker Ceyhandan gəlib, üçüncü tanker isə yoldadır.

240 min ton həcmində olan bütün neft emal üçün Odessa-Kremençuq kəməri vasitəsilə Kremençuq neft emalı zavoduna göndəriləcək. Zavod ayda 2 mln. ton neft emal etmək gücündədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR