Bank Of Baku

ARDNŞ bu ilin yanvar-sentyabr aylarında 184,241 min ton avtomobil benzini ixrac edib

ARDNŞ bu ilin yanvar-sentyabr aylarında 184,241 min ton avtomobil benzini ixrac edib
# 08 oktyabr 2009 16:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin sentyabr ayında 18,008 min ton avtomobil benzini, 136,611 min ton dizel yanacağı, 15,225 min ton təyyarə yanacağı, 580 ton soba mazutu ixrac edib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə 2009-cu ilin yanvar-sentyabr ayları ərzində 184,241 min ton avtomobil benzini, 1,117 mln. ton dizel yanacağı, 247,601 min ton təyyarə yanacağı, 33,592 min ton soba mazutu ixrac edilib. Bu ilin sentyabr ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 625,77 dollar, təyyarə yanacağının 592,57 dollar, dizel yanacağının 540,60 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 415,50 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR