Bank Of Baku

Sentyabrda Ceyhan limanından 3 mln. tondan artıq Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

Sentyabrda Ceyhan limanından 3 mln. tondan artıq Azərbaycan nefti dünya bazarlarına çıxarılıb
# 09 oktyabr 2009 10:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sentyabr ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 3,073 mln. ton Azərbaycan nefti nəql olunub. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

Cari ilin yanvar-sentyabr aylarında BTC ilə 27,292 mln. ton, ümumilikdə isə kəmər istifadəyə verilən gündən (2006-cı il iyun ayından) 2009-cu ilin oktyabr ayının 1-ə qədər 97,608 mln. ton neft nəql olunub.

Şirkətdən həmçinin bildirilib ki, sentyabr ayı ərzində Türkiyənin Ceyhan limanından 3,014 mln. ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb. Cari ilin yanvar-sentyabr aylarında isə bu göstərici 27,387 mln. ton təşkil edib.

Ümumiyyətlə, Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri istismara verilən gündən 2009-cu ilin oktyabr ayının 1-ə qədər Ceyhan limanından 95,763 mln. ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR