Bank Of Baku

Azərbaycan sentyabrda benzin istehsalını 7% azaldıb

Azərbaycan sentyabrda benzin istehsalını 7% azaldıb
# 09 oktyabr 2009 12:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) emal müəssisələri tərəfindən 128,43 min ton benzin istehsal edilib ki, bu da avqust ayı ilə müqayisədə 6,8% azdır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

İstehsal edilmiş benzinin 110,41 min tonunu avtomobil benzini, 18,02 tonunu isə kimya üçün ilkin benzin fraksiyası təşkil edib. Avtomobil benzininin istehsalı avqust ayı ilə müqayisədə 6,7%, kimya üçün ilkin benzin fraksiyasının istehsalı isə 0,7% azalıb.

Cari ilin yanvar-sentyabr aylarında isə ARDNŞ-in neft emalı müəssisələri üzrə 915,86 tonu avtomobil, 172,59 tonu kimya üçün ilkin benzin fraksiyası olmaqla 1 088,45 min ton benzin istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə benzin istehsalı 5,6% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR