Bank Of Baku

Azərbaycan sentyabrda dizel yanacağı istehsalını 6% artıb

Azərbaycan sentyabrda dizel yanacağı istehsalını 6% artıb
# 09 oktyabr 2009 12:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sentyabr ayında Azərbaycanın neft emalı müəssisələrində 203,81 min ton dizel yanacağı, 19,81 min ton soba mazutu, 24,13 min ton neft bitumu istehsal edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Hesabat dövründə dizel yanacağının istehsalı 5,7% artıb, soba mazutu istehsalı 24%, neft bitumunun istehsalı isə 4,8% azalıb.

Cari ilin yanvar-sentyabr aylarında isə müəssisələr üzrə ümumilikdə 1 649,58 min ton dizel yanacağı, 232,39 min ton soba mazutu və 184,06 min ton neft bitumu istehsal olunub.

Ötən ilin müvafiq 9 ayı ilə müqayisədə dizel yanacağının istehsalı 6,2%, soba mazutunun istehsalı 3,7 dəfə azalıb, neft bitumunun istehsalı isə 21,3% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR