Bank Of Baku

Beynəlxalq Enerji Agentliyi: Böhrandan sonra neftə tələbat artacaq

Beynəlxalq Enerji Agentliyi: Böhrandan sonra neftə tələbat artacaq
# 09 oktyabr 2009 12:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Qlobal iqtisadi böhran başa çatandan sonra iqtisadiyyatın bərpası fonunda dünyada neftə tələbat proqnozlaşdırılandan daha çox olacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) aylıq hesabatında deyilir.

Agentliyin məlumatına görə, 2009-cu ildə dünyada neftə tələbat sutkada 84,6 mln. barel təşkil edəcək. Gələn il bu göstərici 1,7% artaraq 86,1 mln. barelə çatacaq. Ötən ay dərc olunmuş hesabatda BEA neftə tələbatı cari ildə 84,4 mln. barel, gələn il isə 85,7 mln. barel səviyyəsində proqnozlaşdırıb.

Qeyd edək ki, nikbin qiymətləndirməyə və proqnozların artırılmasına baxmayaraq, neftə tələbat üzrə proqnoz göstəricilər hələ də 2008-ci ilin göstəricilərinə çatmır. 2008-ci ildə neftə tələbat 86,3 mln. barelə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR