Bank Of Baku

Şahmar Mövsümov: “Neftin satıldığı valyutanın dəyişdirilməsi gözlənilmir”

Şahmar Mövsümov: “Neftin satıldığı valyutanın dəyişdirilməsi gözlənilmir”
# 09 oktyabr 2009 15:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan hökumətinin neftin satışında ABŞ dollarının başqa valyuta ilə dəyişdirilməsi barədə aparılan danışıqlardan xəbəri yoxdur. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş.Mövsümovun sözlərinə görə, hazırda Azərbaycan digər ölkələr kimi dünya bazarında hasil etdiyi nefti ABŞ dolları ilə satır: «Azərbaycan neftin digər valyuta ilə satışına keçirilməsi istiqamətində neft ixracatçısı olan ölkələrin gizli və ya açıq danışıqlarından xəbərsizdir. Neftin satıldığı valyutanın dəyişdirilməsi gözlənilmir».

Qeyd edək ki, bu günlərdə bəzi xarici xəbər portalları əsas neft ixracatçısı olan dövlətlərin neftin satıldığı valyutanın dəyişdirilməsinə dair gizli danışıqlara başladığını yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR