Bank Of Baku

«SOCAR Georgia Gas» Gürcüstanın regionlarında yaşayış məntəqələrinin qazlaşdırılmasını davam etdirir

«SOCAR Georgia Gas» Gürcüstanın regionlarında yaşayış məntəqələrinin qazlaşdırılmasını davam etdirir
# 10 oktyabr 2009 07:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə müəssisəsi olan «SOCAR Georgia Gas» şirkəti Gürcüstanın qaz bazarında növbəti addımını ataraq qonşu ölkənin müxtəlif regionlarında yaşayış məntəqələrinin qazlaşdırılması prosesinə başlayıb.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, artıq Gürcüstanın Saqareco rayonunun Yor-Muğanlı, Qurcaan rayonunun Çumləki, Laqodexi rayonunun Niniqori kəndlərində qaz kəmərlərinin tikintisi başa çatdırılıb. Hazırda Gürcüstanın ən iri yaşayış massivlərindən olan Dmanisi şəhərinin qaz xətti də bərpa olunmaq üzrədir.

Qeyd edək ki, «SOCAR Georgia Gas» şirkəti Gürcüstanın yanacaq və qaz bazarının 75%-nə nəzarət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR