Bank Of Baku

Azərbaycanda neft emalı zavodları paytaxtdan kənara çıxarılacaq

Azərbaycanda neft emalı zavodları paytaxtdan kənara çıxarılacaq
# 12 oktyabr 2009 12:35 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Bakı buxtasında, «Qara şəhər» adlı ərazidə yerləşən müəssisələrinin şəhərdən kənara köçürülməsi ilə bağlı proqram hazırlanır. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ-in vitse-prezidenti Muxtar Babayev bildirib.

M.Babayevin sözlərinə görə, bununla bağlı dövlət komissiyası yaradılıb və hazırda sözügedən məsələyə baxılır: «Hazırda bununla bağlı proqram hazırlanır. Proqramda yeni neft-qaz emalı kompleksinin yaradılması məsələsi əksini tapacaq. Bu kompleks şəhərdən kənarda yerləşəcək».

Müəssisələrin nə zaman köçürüləcəyi barədə konkret məlumat verməyən ARDNŞ rəsmisi zavodlar köçürüləndən sonra dəniz sahilinin abadlaşdırılacağını qeyd edib.

Qeyd edək ki, yeni neft-qaz kompleksinin Qaradağ rayonu ərazisində yaradılması nəzərdə tutulur. Bəzi məlumatlara görə, şəhərdən çıxarılacaq neft emalı zavodlarının əraziləri Dənizkənarı Bulvara qatılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR