Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstan paytaxtında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib

Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstan paytaxtında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib
# 13 oktyabr 2009 14:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə müəssisəsi olan «SOCAR Energy Georgia» MMC Tiflis şəhərində yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verib. bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Tiflis şəhərinin Aqmaşenedeli xiyabanında, Botanika İnstitutunun yaxınlığında «SOCAR Energy Georgia» MMC-nin növbəti yanacaqdoldurma məntəqəsi oktyabrın 12-də istifadəyə verilib. Yeni yanacaqdoldurma məntəqəsində 15 nəfər daimi işlə təmin olunub. Burada həmçinin kafe və market fəaliyyət göstərəcək. Məntəqə Tiflisdən Gürcüstanın qərbinə hərəkət edən avtomobil yolu üzərində yerləşir.

Qeyd edək ki, «SOCAR Energy Georgia» şirkəti 2009-cu ilin sonunadək bu tipli daha 5 yanacaqdoldurma məntəqəsini istifadəyə verməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR