Bank Of Baku

Azərbaycan Qalmaz yeraltı qazsaxlama anbarına vurulan qazın həcmini artıracaq

Azərbaycan Qalmaz yeraltı qazsaxlama anbarına vurulan qazın həcmini artıracaq
# 13 oktyabr 2009 14:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in «Azəriqaz» İB Qalmaz yeraltı qazsaxlama anbarına vurulan qazın həcminin 2 dəfəyə qədər artırmağı planlaşdırır. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

ARDNŞ-in Kapital qoyuluşları İdarəsinin rəisi Ağasəf Əliyevin sözlərinə görə, bu məqsədlə «Neftqaz» tikinti tresti eyni vaxtda, ümumi uzunluğu 45 km olan 2 qaz kəmərinin inşasına başlayıb. Boru kəmərinin tikintisinin I növbəsində onun uzunluğunun 23 km, ötürücülük qabiliyyətinin sutkada 5 mln. kubmetr həcmində olması nəzərdə tutulur. Bu qaz kəmərlərinin çəkilməsində məqsəd yay vaxtı Qazıməmməd Kompressor Stansiyasından 55 atm təzyiqli qazı Qalmaz Kompressor Stansiyasının qəbul xəttində birpilləli sıxmaqla məhsuldarlığı artırıb qaz anbarına vurmaq, qış mövsümündə isə Qalmaz qaz anbarından Qazıməmməd qazpaylayıcı qurğusuna ötürməkdir.

Hər iki qaz kəmərinin 2010-cu ilin aprel ayında təhvil verilməsi planlaşdırılır. Kəmərlərin istismara verilməsi ilə Qalmaz yeraltı qazsaxlama anbarına vurulan qazın həcmi 2 dəfə artaraq 2 mlrd. kubmetr təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR