Bank Of Baku

OPEC neftə tələbat üzrə proqnozunu artırıb

OPEC neftə tələbat üzrə proqnozunu artırıb
# 14 oktyabr 2009 09:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya iqtisadiyyatında vəziyyətin yaxşılaşması fonunda Neft İxracatçısı Ölkələri Təşkilatı (OPEC) 2009-2010-cu illər üçün neftə olan tələbat üzrə proqnozunu artırıb. «APA-Economics» məlumatına görə, cari ildə neftə gündəlik tələbat 84,24 mln. barel təşkil edəcək ki, bu da sentyabrda dərc olunmuş proqnozdan 150 min barel çoxdur.

Gələn il OPEC neftə tələbatın 0,8% artacağını və 84,9 mln. barelə çatacağını proqnozlaşdırır, halbuki əvvəlki proqnozlarda artım 0,6% səviyyəsində gözlənilirdi.

Qeyd edək ki, bir neçə gün öncə dərc olunmuş Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatında 2009-cu ildə dünyada neftə tələbat sutkada 84,6 mln. barel nəzərdə tutulub. Bu da əvvəlki göstəricidən 200 min barel çoxdur. Gələn il isə bu göstəricinin 1,7% artaraq 86,1 mln. barelə çatacağı gözlənilir, halbuki əvvəlki proqnozlara əsasən bu göstərici 85,7 mln. barel səviyyəsində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR