Bank Of Baku

Sabah Aşqabadda Beynəlxalq İnvestisiya Forumu başlayır

Sabah Aşqabadda Beynəlxalq İnvestisiya Forumu başlayır
# 14 oktyabr 2009 14:42 (UTC +04:00)
Bakı – APA-Economics. Sabah Aşqabadda Türkmənistan Beynəlxalq İnvestisiya Forumu işə başlayır. “APA-Economics”in məlumatına görə, Türkmənistan Ticarət-Sənaye Palatası və “IC Energy” şirkətinin təşkil etdiyi forum bu ölkənin Nazirlər Kabineti tərəfindən dəstəklənir.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədovun da iştirak edəcəyi tədbirdə İslam İnkişaf Korporasiyasının baş direktoru Xalid Məhəmməd əl-Əbudi, Beynəlxalq Maliyyə Korporasiyasının Mərkəzi Asiya üzrə regional direktoru Tomaş Telma, Avropa Yenidənqurma və İnkişaf Bankının Mərkəzi Asiya üzrə direktoru Masaru Xonma, eləcə də “Deutsche Bank”, “Dragon Oil”, “ConocoPhillips”, BP, “ExxonMobile” və digər şirkətlərin təmsilçiləri məruzə ilə çıxış edəcəklər.

Artıq dünyanın bir sıra məşhur şirkətləri (Amec, American Appraisal, AMT Group, Areva, Asian Development Bank, Astrakhan Region Government, Atlas Copco Central Asia, BG Group, BP, Buried Hill Energy, Byelkamit JSC JV, CMX Caspian & Gulf Consultants, Chevron-Nebitgaz B.V.,Colemont Insurance Brokers, ConocoPhillips, DEG Invest, Deutsche Bank, Dragon Oil, Dystar Textilfarben GmbH, EBRD, Engineering Dobersek GmbH, ENI S.p.A., Eurasia Capital Management, Exxon Mobil, Gaffney, Cline & Associates,General Electric (GE), Gedeon Richter, GlaxoSmithKline, Grundfos, Halliburton, International Finance Corporation, Islamic Development Bank, J.R.Mcdermott, Kapital Insurance, KCA Deutag, Kentech Group, Liebherr Export, Lukoil Overseas, Lurgi S.A, Marubeni Corporation, Mechel, MI Swaco, Mitsubishi Corporation, Motor Sich, MSA, Nobel Oil, OMV, Oracle, Polimeks, PriceWaterhousecoopers, RWE Dea AG, RWE Supply & Trading GmbH, Samruk Kazyna, Seco AB, Serdarym Economic Society of Turkmenistan, Sevcable Holding, Soyuzneftegaz, Sumy Frunze NPO, Tatneft, Tetra Pak, TMK Group, TOTAL Exploration & Production, TransMashHolding, VTB Capital, Wirtgen International GmbH, World Bank, Zeppelin International AG.) tədbirdə iştirak edəcəklərini bəyan ediblər.

Tədbirlə bağlı ətraflı məlumat http://www.turkmenistan-investmentforum.com saytında yerləşdirilib.

Oktyabrın 17-dək davam edəcək forumun informasiya dəstəkçiləri arasında Tomson Reuters, Caspian Energy, Guilf Oil & Gas, Business News Europe, Argus, Europe’s Energy Portal, Turkmenistan International Magazine, The Moscow Times, Worldoils, Business Monitor International kimi məşhur şirkətlərlə yanaşı, Azərbaycanın APA İnformasiya Agentliyi də var.

Tədbirin proqramı və məruzəçi məsələləri ilə bağlı suallar yaranarsa, Qreqori von Qraffa +44 (0) 203 286 2251 saylı telefonla və ya [email protected] elektron ünvanı vasitəsilə müraciət etmək olar.

Forumda iştirakla bağlı suallara isə +44 (0) 2032862770 saylı telefonla və ya [email protected] elektron ünvanı vasitəsilə Aleksandr Makarovdan cavab almaq olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR