Bank Of Baku

ARDNŞ ilə «Qazprom» arasında «Azərbaycan qazının alqı-satqısına dair müqavilə» imzalanıb

ARDNŞ ilə «Qazprom» arasında «Azərbaycan qazının alqı-satqısına dair müqavilə» imzalanıb
# 14 oktyabr 2009 16:23 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, sənədi ARDNŞ prezidenti Rövnəq Abdullayev və «Qazprom»un İdarə Heyətinin sədri Aleksey Miller imzalayıb.

A.Miller bildirib ki, imzalanmış sənəd Rusiya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsində mühüm rola malikdir. Orta müddətli müqavilə eyni zamanda şirkətlər arasında əlaqələrin genişləndirilməsinə təkan verəcək.

Müqavilənin detallarını açıqlayan R.Abdullayev isə bildirib ki, bununla Azərbaycan hasil etdiyi qazı yeni bazara – Rusiyaya çıxarmış olur. Müqaviləyə uyğun olaraq 2010-cu il yanvarın 1-dən Azərbaycan Rusiyaya qaz ixracına başlayacaq və gələn il bu ölkəyə minimum 500 mln. kubmetr qaz satışı nəzərdə tutulur: «Bu, ARDNŞ-in qaz proqramını genişləndirməyə imkan verəcək. Müqavilədə 500 mln. kubmetrdən yuxarı həcm qoyulmayıb. Qaz hasilatı artdıqca, müqavilənin şərtlərinə uyğun olaraq «Qazprom» qabaqcadan məlumatlandırılacaq və Rusiyaya əlavə həcmdə qaz satmaq imkanı olacaq».

Qazın alqı-satqısına dair qiymətlər barədə məlumat verməyən R.Abdullayev qiymətin formula əsasında formalaşdırıldığını qeyd edib: «Bu yaxşı qiymətdir və qəbul edirik. Həcmlərin qiymətə heç bir təsiri olmayacaq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR