Bank Of Baku

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan konsorsium Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünə cəlb ediləcək

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan konsorsium Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünə cəlb ediləcək
# 15 oktyabr 2009 09:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda qızıl hasilatını həyata keçirən Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ABMƏŞ) bu il Mədən Hasilatı Sənayesində Şəffaflıq Təşəbbüsünə (MHŞT) cəlb ediləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib.

Ş.Mövsümovun sözlərinə görə, Azərbaycanın sentyabr ayından başlayaraq qızıl hasilatı və satışına dair məlumatları MHŞT üzrə hesabatlarda yer alacaq. İlin sonuna qədər isə ABMƏŞ-in MHŞT-yə cəlb edilməsi məsələsi həllini tapacaq.

ABMƏŞ-in özünün MHŞT-yə maraqlı olub-olmamasına gəlincə, Ş.Mövsümov bunun Azərbaycan dövlətinin təşəbbüsü olduğunu vurğulayıb: «Burada məqsəd ondan ibarətdir ki, Azərbaycan xalqı bütün mədən sənayesində əldə olunan gəlirlərdən xəbərdar olmalıdır. Azərbaycanda fəaliyyət göstərən şirkətlər də hökumətin məqsədinə xidmət etməli, prosesə qoşulub şəffaflığı artırmalıdır».

Ş.Mövsümov bildirib ki, mədən hasilatı sənayesində fəaliyyət göstərən bütün şirkətlər MHŞT prosesinə qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR