Bank Of Baku

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə ilk Afrika ölkəsi qoşulub

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə ilk Afrika ölkəsi qoşulub
# 15 oktyabr 2009 09:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinin Bakıda keçirilən 10-cu iclası Liberiyaya MHŞT üzrə tamhüquqlu üzv statusunun verilməsi ilə başa çatıb. «APA-Economics»in bildirdiyinə görə, bu gün ikigünlük iclasın yekunlarına dair mətbuat konfransı keçirilib.

MHŞT üzrə İdarə Heyətinin sədri Piter Aygen bildirib ki, Liberiya MHŞT üzrə tamhüquqlu üzv statusu alan ilk Afrika ölkəsidir və öz hesabatlarına ilk dəfə meşə sektorunu daxil edib.

Mətbuat konfransında iclasın yekunlarına dair məlumat verən P.Aygen Azərbaycanın MHŞT üzrə tamhüquqlu üzv statusu alan ilk ölkə olduğunu diqqətə çatdırıb, həmçinin Azərbaycan təcrübəsinin digər ölkələrə nümunə ola biləcəyini vurğulayıb.

«MHŞT üzrə tamhüquqlu ölkə statusunu almaqla iş bitmir. Əsas məsələ təbii sərvətlərdən əldə olunan gəlirlərin cəmiyyət üçün səmərəli istifadəsi, həmçinin bu vəsaitlər üzərində şəffaflığın təmin olunmasıdır», - deyə P.Aygen vurğulayıb.

P.Aygen onu da bildirib ki, hazırda Cənubi Qafqaz və Mərkəzi Asiya regionundan MHŞT-yə tam hüquqlu üzv olan yalnız Azərbaycandır. Qazaxıstan da bu prosesə qoşulmağa maraq göstərir.

Qeyd edək ki, hazırda MHŞT-də 30 ölkə təmsil olunur, 14 ölkə isə təşəbbüsü dəstəklədiyini bəyan edib. Bu ölkələrdən 22-si Afrika qitəsində, qalanları isə Asiya, Avropa, Amerika regionunda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR