Bank Of Baku

Azərbaycan qızıl ixracını artırmağı planlaşdırır

Azərbaycan qızıl ixracını artırmağı planlaşdırır
# 15 oktyabr 2009 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan qızıl istehsalına yatırdığı investisiyalarını nəzərdə tutulmuş vaxtdan təxminən iki dəfə tez ödəyə biləcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin (ABMƏŞ) prezidenti Rza Vəziri bildirib.

Onun sözlərinə görə, təxminən 10 gün bundan öncə Azərbaycan qızılın unsiyasını 1 049 ABŞ dollarına satıb ki, bu da çox yüksək göstəricidir. Hazırda qızılın unsiyasının qiymətinin artıq 1063 dollara çatdığını bildirən R.Vəziri qeyd edib ki, belə qiymətlərlə Azərbaycan qızıl istehsalına yatırdığı investisiyanı nəzərdə tutulduğu kimi 7-8 ilə deyil, 3-4 ilə ödəyəcək: «İnvestorların sərmayəsinin repatriasiyasından sonra Azərbaycan hökuməti ixracdan 51% qazanacaq».

R.Vəziri həmçinin bildirib ki, «Gədəbəy» yatağına indiyədək təxminən 70 mln. dollar vəsait yatırılıb: «Qoşa» və «Maarif» yataqlarında isə hazırda kəşfiyyat işləri aparılır ki, sonradan qızılın istehsalı üçün bu yataqlara 35-40 mln. dollar vəsait lazım olacaq».

Bundan başqa, R.Vəziri bildirib ki, indiyədək Azərbaycan 5 min unsiya qızıl ixrac edib. Bunun da 4,7 min unsiyası ABMƏŞ-in payına, 0,465 min unsiyası isə Azərbaycan hökumətinin payına düşüb: «Biz ixracın həcmini artırmaq niyyətindəyik. Belə ki, gələcəkdə təkcə Gədəbəy yatağından ixracın həcminin 60 min unsiyaya çatdırılacağı gözlənilir».

Qeyd edək ki, ABMƏŞ Hasilatın Pay Bölgüsü Sazişində iştirak edir. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın «Anglo Asian Mining Plc.» şirkətinin payı isə 49% təşkil edir. Şirkətə müqavilə əsasında 6 sahə verilib. Bu sahələrdən 1-i Naxçıvan MR-da, 1-i Tovuzda, 1-i Gədəbəydə, 3-ü isə işğal altında olan ərazilərdədir (Kəlbəcərdəki «Söyüdlü» (Zod), Ağdərədəki «Qızılbulaq» və Zəngilandakı «Vəcnəli» yataqları). Sazişin göstəricilərinə görə, bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln. ton mis hasil etmək nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR