Bank Of Baku

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində radioloji laboratoriya yaradılacaq

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində radioloji laboratoriya yaradılacaq
# 15 oktyabr 2009 15:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində radioloji laboratoriya yaradılacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

R.Həsənovun sözlərinə görə, hazırda bu istiqamətdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) mütəxəssisləri ilə birgə işlər aparılır.

Komitə sədrinin sözlərinə görə, bu yaxınlarda MAQATE ekspertləri Azərbaycanda olub və laboratoriyanın yaradılmasına dair müzakirələr aparılıb. Laboratoriya üçün yer də ayrılıb. Laboratoriyanın gələn il qurulması nəzərdə tutulur. Burada radioaktivliyi qeydə alan cihazların dəqiqliyi yoxlanılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR