Bank Of Baku

Kişinyovda MDB Elektroenergetika Şurasının İcraiyyə Komitəsinin 36-cı iclası keçiriləcək

Kişinyovda MDB Elektroenergetika Şurasının İcraiyyə Komitəsinin 36-cı iclası keçiriləcək
# 16 oktyabr 2009 07:33 (UTC +04:00)
Bakı - APA-Economics. Bu il oktyabrın 24-də Kişinyovda MDB Elektroenergetika Şurasının İcraiyyə Komitəsinin 36-cı iclası keçiriləcək. “APA-Economics”in məlumatına görə, iclasda 11 ölkədən olan nümayəndə heyətləri sədrlik edəcək.
Toplantıya Rusiyanın energetika naziri Sergey Şmatko sədrlik edəcək, onun müavini isə Tacikistanın sənaye və energetika naziri Qul Şerali olacaq. MDB ölkələrinin enerji qurumlarının başçılarından başqa, Kişinyova energetika müəssisələrinin top-menecerləri də gələcək.
İclasın gündəliyinə 11 məsələ daxildir. Onların arasında MDB ölkələrinin enerji sistemlərinin 2009/2010-cu il qış mövsümünə hazırlığı, qlobal maliyyə böhranının elektroenergetika sahəsindəki fəsadlarını aradan qaldırmaq, sahil çaylarının hidroenerji resurslarından istifadəsi üzrə MDB ölkələrinin əməkdaşlığı haqqında sazişlərin müzakirəsi və s. var. Yığıncaqda komitənin yeni sədri və sədr müavini də seçiləcək.
MDB Elektroenergetika Şurasının İcraiyyə Komitəsi 1992-ci ildən başlayaraq ildə iki dəfə toplaşır. Bu, Kişinyovda keçirilən ilk iclasdır. Elektroenergetika Şurasının əsas məqsədi elektroenergetika sahəsində MDB ölkələrinin tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin qurulmasıdır. MDB ölkələrinin elektrostansiyalarının ümumi gücü 322 mln. kV, istehsal gücü ildə 1264 mlrd. kV/saat, elektrik xətlərinin ümumi uzunluğu isə 200 min km-dir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR