Bank Of Baku

“Qazprom”un tərəfdaşı olan Fransa şirkəti “Nabucco” kəmərinin tikintisində iştirak etmək istəyir

“Qazprom”un tərəfdaşı olan Fransa şirkəti “Nabucco” kəmərinin tikintisində iştirak etmək istəyir
# 16 oktyabr 2009 10:54 (UTC +04:00)
Bakı – APA-Economics. Fransa Rusiyanın iki əsas enerji layihəsi – “Şimal axını” və “Cənub axını” üzrə tərəfdaşı olmağı planlaşdırır. Bununla yanaşı, “Şimal axını” layihəsində iştirakla bağlı danışıqlar aparan Fransanın “GdF Suez” şirkəti “Nabucco” qaz kəmərinin tikintisi layihəsinə daxil olmaq istədiyini bəyan edib.

APA-Economics”in məlumatına görə, “GdF Suez” şirkətinin prezidenti Jerar Mestralle bu qərarlarını siyasi xarakterli çətinliklərin aradan qalxması ilə izah edib: “Bu isə uzunmüddətli investisiyalar layihəsinə yenidən baxmağa imkan verir”.

Ekspertlər dünya bazarında rəqabətin kəskinləşməsi səbəbindən Fransanın öz mövqelərini möhkəmlətməyə çalışdığını qeyd edirlər. Maraqlıdır ki, “GdF Suez”in Rusiyadan olan tərəfdaşı “Qazprom” şirkəti bu açıqlamanı etirazla qarşılamayıb. Əksinə, “Qazprom”un nümayəndəsi Sergey Kupriyanov “GdF Suez”in hansısa layihədə iştirakı onun müstəsna hüququdur və bu, şirkətin “Şimal axını” layihəsində iştirakına hər hansı təsir etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR