Bank Of Baku

Azərbaycan Hesablama Palatası «Azəriqaz»da apardığı yoxlamalar zamanı nöqsanlar aşkarlayıb

Azərbaycan Hesablama Palatası «Azəriqaz»da apardığı yoxlamalar zamanı nöqsanlar aşkarlayıb
# 16 oktyabr 2009 11:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Hesablama Palatası «Azəriqaz» Açıq Səhmdar Cəmiyyətində (hazırda ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyi) apardığı yoxlamalar zamanı bir sıra nöqsanlar aşkar edib. «APA-Economics»in məlumatına görə, bu barədə Hesablama Palatasının sədri Heydər Əsədov bildirib.

Onun sözlərinə görə, «Azəriqaz» ASC-də yoxlamalar artıq başa çatıb: «Bildiyimiz kimi, «Azəriqaz» ASC artıq ləğv olunub. Lakin buna baxmayaraq, burada yoxlamalar aparılıb və nəticədə bir sıra nöqsan aşkarlanıb. Nöqsanlar sırasına uçotun təşkili, təbii itkilərin hesablanması və hesabata daxil edilməsi məsələləri, eləcə də faktiki sərf olunmuş qaz sərfinin müəyyən fiziki və hüquqi şəxslərə yazılmasında uçot hesabat çeklərinin qarışdırılması və digər tipli məsələlər daxil edilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR