Bank Of Baku

Sentyabrda “Azərenerji” ASC dövlət büdcəsinə 12,4 mln. manat vəsait ödəyib

Sentyabrda “Azərenerji” ASC dövlət büdcəsinə 12,4 mln. manat vəsait ödəyib
# 16 oktyabr 2009 12:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin sentyabr ayında “Azərenerji” ASC tərəfindən dövlət büdcəsinə 12,4 mln. manat vəsait ödənilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Dövlət büdcəsinə ödənilmiş vəsait 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə təqribən 1,1 dəfə çox olub.

Cari ilin yanvar-sentyabr ayları ərzində isə səhmdar cəmiyyəti tərəfindən dövlət büdcəsinə 103 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR