Bank Of Baku

2012-ci ilədək «Şahdəniz» yatağından ildə 9 mlrd. kubmetr qaz və gündə 40 min barel neft çıxarılacaq

2012-ci ilədək «Şahdəniz» yatağından ildə 9 mlrd. kubmetr qaz və gündə 40 min barel neft çıxarılacaq
# 17 oktyabr 2009 08:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 37 mln. 876 min ton neft hasil edilib ki, bu da nəzərdə tutulduğundan 5 mln. 372 min ton çoxdur. APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin iclasında sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Hesabat dövründə Azərbaycanın neft hasilatı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 2 mln. 964 min tondan çox artıb. Artımın 5 mln. 793 min tonu Azəri-Çıraq-Günəşli yataqlarının payına düşüb.

N.Əliyev bildirib ki, hazırda «Şahdəniz» qaz-kondensat yatağındakı 4 quyu vasitəsilə gün ərzində 23 mln. kubmetr qaz, 6 min ton kondensat hasil olunur. Hazırda yataqdakı beşinci quyu mənimsənilməkdədir.

«Şahdəniz» yatağından 2012-ci ilədək ildə təxminən 9 mlrd. kubmetr qaz və gündə 40 min barel kondensat çıxarılması gözlənilir. «Şahdəniz» yatağından hasil olunan təbii qaz hesabına Azərbaycan nəinki öz tələbatını ödəmək, hətta mavi yanacağını Gürcüstan, Türkiyə, Rusiya, İran və Avropa bazarlarına çıxarmaq imkanı qazanıb», - deyə N.Əliyev vurğulayıb.

Nazir onu da əlavə edib ki, 2009-cu ilin hesabat dövründə Azərbaycanda 17 mlrd. 416 mln. kubmetr qaz hasil edilib. Bunun 12 mlrd. kubmetrdən artığı «Azəri-Çıraq-Günəşli» və «Şahdəniz» yataqlarının payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR