Bank Of Baku

Azərbaycan Türkiyəyə 3 mlrd. 530 mln. kubmetr qaz ixrac edib

Azərbaycan Türkiyəyə 3 mlrd. 530 mln. kubmetr qaz ixrac edib
# 17 oktyabr 2009 09:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Cari ilin yanvar-sentyabr aylarında Bakı-Tiflis-Ceyhan əsas ixrac neft boru kəməri vasitəsilə 27,3 mln. ton, Ceyhan limanı 2006-cı ildə istismara veriləndən bu günə qədər 100 mln. tondan artıq neft ötürülüb. APA-nın məlumatına görə, bunu Nazirlər Kabinetinin iclasında sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Nazir bildirib ki, gündəlik nəqletmə gücü 1 mln. barel olan Bakı-Tiflis-Ceyhan neft kəmərinin texniki və texnoloji tədbirlər nəticəsində ötürücülük qabiliyyəti 20% artıb və hazırda gün ərzində kəmər vasitəsilə 1,2 mln. barel neftin nəqli üçün imkan yaranıb.

Nazir hesabat dövründə 4 mlrd. 267 mln. kubmetr qazın xaricə ixrac olunduğunu qeyd edib. Bu dövrdə Cənubi Qafqaz boru kəməri vasitəsilə Türkiyəyə 3 mlrd. 530 mln. kubmetr, Gürcüstana isə 278 mln. kubmetr qaz nəql edilib.

Azərbaycanda daxili qaz təsərrüfatının genişləndirilməsi sahəsində işlərin görüldüyünü deyən N.Əliyev həyata keçirilən tədbirlər sayəsində qazla təmin olunan əhali abunəçilərinin sayı 1 mln. 143 mini keçdiyini, qazlaşdırılmış rayonların sayının isə 54-ə çatdığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR