Bank Of Baku

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri müştərək neft müəssisəsi yaradıb

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri müştərək neft müəssisəsi yaradıb
# 19 oktyabr 2009 07:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) «Bağ Lan Oil Recovery Ltd.» şirkəti birgə müəssisə yaradıb. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.

Vergilər Nazirliyində «bir pəncərə» sistemi üzrə qeydiyyatdan keçmiş müəssisə «SOCAR Bağ Lan» MMC adlanır.

Bakı şəhəri Nərimanov rayonunu, Həsən Əliyev küçəsi, bina 24 ünvanında yerləşən müəssisənin nizamnamə kapitalı 100 min ABŞ dolları, şirkətin qanuni təmsilçisi isə Con Uilyam Hodgedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR