Bank Of Baku

Küveytdə 14 mlrd. dollar dəyərində neft emalı zavodu tikilir

Küveytdə 14 mlrd. dollar dəyərində neft emalı zavodu tikilir
# 19 oktyabr 2009 08:36 (UTC +04:00)
Bakı – APA-Economics. Küveyt hökuməti ölkənin cənubunda nəhəng neft emalı zavodu tikmək qərarına gəlib.
APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, layihənin dəyəri 14 mlrd. dollar təşkil edəcək. 2012-ci ildə tam gücü ilə işə düşdükdən sonra zavod sutkada 615 min barel neft emal edə biləcək. Tikintinin layihəsi yaxın vaxtlarda ölkə parlamentinə təqdim olunacaq.
Qeyd edək ki, Küveyt hökuməti sözügedən zavodun tikintisi ilə bağlı planlarını bu ilin əvvəlində açıqlamışdı. Lakin parlament üzvlərinin layihənin aparıcı məmurlarını korrupsiyada ittiham etməsi səbəbindən bu planlar təxirə salınmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR