Bank Of Baku

Ermənistan Rusiyadan alınan təbii qazın qiymətini aşağı salmaqla bağlı danışıqlar aparır

Ermənistan Rusiyadan alınan təbii qazın qiymətini aşağı salmaqla bağlı danışıqlar aparır
# 19 oktyabr 2009 10:22 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. Dünya bazarında formalaşan yeni qiymətlər fonunda Ermənistan Rusiyadan alınan təbii qazın qiymətinin aşağı salınması istiqamətində danışıqlar aparır.

APA-Economics”in xəbərinə görə, Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Movsisyan bildirib ki, qazın qiymətinin hazırkı 1000 kubmetrə 200 dollar səviyyəsindən gələn il aprelin 1-dən etibarən 180 dollar həddinədək endirilməsi müzakirə olunur. O, danışıqlarda müəyyən endirimə nail olacaqlarına ümid etdiyini bildirib.

Rusiya mətbuatında qazın ucuz satılması əvəzində Rusiyanın Ermənistan ərazisində tam müstəqil şəkildə nüvə elektrik stansiyası tikməsi məsələsinə gəlincə, erməni nazir bunun müzakirə mövzusu olmayacağını bildirib: “Monopoliya qaydasında Rusiyanın belə bir stansiya tikmək ideyası bizim milli maraqlarımıza ziddir. Biz ən yaxşı beynəlxalq təcrübə əsasında müasir stansiyanın tikilməsində maraqlıyıq və hər hansı ölkənin burda müstəqil şəkildə atom elektrik stansiyası tikməsi yolverilməzdir. Bilirik ki, ən yaxşı nüvə reaktorları Rusiyada istehsal edilir, amma ən yaxşı avtomatika və ən yaxşı turbinlər Avropada hazırlanır. Bu səbəbdən biz bu işin bütün tərəfləri cəlb edən və ən yaxşı beynəlxalq təcrübədən faydalanan beynəlxalq konsorsium tərəfindən görülməsini istəyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR