Bank Of Baku

Azərbaycanda elektrik enerjisinin dəyərinin yığım səviyyəsi 88%-i ötüb

Azərbaycanda elektrik enerjisinin dəyərinin yığım səviyyəsi 88%-i ötüb
# 19 oktyabr 2009 10:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın şəhər və rayonları üzrə istehlak edilmiş elektrik enerjisinin dəyərinin yığım səviyyəsi 88,2% təşkil edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Hesabat dövründə yığım səviyyəsinə görə Hacıqabul (112,2%), Şirvan şəhəri (108,2%), Mingəçevir şəhəri (105,1%), Zərdab (103,7%), Ağstafa (102,8%), Tovuz (101,2%), Tərtər (101%) ən yüksək, Ağdam (69,7%), Quba (71,3%), Daşkəsən (73%) isə ən aşağı göstəricilərə malik olub.

Yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə yığım səviyyəsi 88,8% təşkil edib. Paytaxtda elektrik enerjisinin dəyərini ən çox ödəyən Nizami (98,6%), ən az ödəyən isə Sabunçu (73,5%) rayonları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR