Bank Of Baku

Azərbaycanda əhaliyə satılmış təbii qazın ödənişi 67%-i keçib

Azərbaycanda əhaliyə satılmış təbii qazın ödənişi 67%-i keçib
# 19 oktyabr 2009 11:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhaliyə satılmış təbii qazın ödənişi 67,2% təşkil edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Satılmış təbii qazın dəyərinin ödənilməsi üzrə ən yüksək göstərici Siyəzən (147,8%), Yardımlı (100,7%) və Lerik (100,5%), ən aşağı göstərici isə Neftçala (42,7%), Hacıqabul (45,2%) rayonları və Gəncə (49,2%) şəhəri üzrə olub.

Hesabat dövründə Bakı şəhəri üzrə yığım səviyyəsi 64,5% təşkil edib. Paytaxt üzrə istehlak olunmuş qazın dəyərinin ödənilməsində ilk yeri Qaradağ (90,7%), son yeri isə Sabunçu (47,9%) rayonları tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR