Bank Of Baku

Azərbaycan Rusiya və İrana qaz ixrac etməyə hazırlaşır

Azərbaycan Rusiya və İrana qaz ixrac etməyə hazırlaşır
# 19 oktyabr 2009 14:42 (UTC +04:00)
R.Abdullayevin sözlərinə görə, Azərbaycan öz təklifini Türkiyə tərəfinə artıq təqdim edib və danışıqlar da məhz bu təkliflər ətrafında aparılacaq.

«Qarşı tərəfdən qiymətlər, tranzit və s. məsələlərlə bağlı normal şərtlər olarsa, biz danışıqları davam etdirib müqavilə bağlayacağıq», - deyə R.Abdullayev vurğulayıb.

ARDNŞ prezidenti bildirib ki, Azərbaycanın İran, Rusiya, Gürcüstan və Türkiyəyə qaz ixrac etmək imkanları mövcuddur. Hazırda İranla Azərbaycanı birləşdirən qaz kəmərində təmir işləri aparılır: «Bu istiqamətdə kompressorların gücü artırılır və layihələr hazırlanır ki, gələcəkdə İrana istədiyimiz qədər qaz ixrac edək».

İran tərəfi ilə hələ danışıqlar davam etdirildiyindən bu ölkəyə satılacaq qazın həcmini açıqlamayan R.Abdullayev qış mövsümündə İrana qaz ixracının gerçəkləşdiriləcəyini vurğulayıb.

R.Abdullayev Rusiya istiqamətində kəmərlərdə yenidənqurma işlərinin aparıldığını da qeyd edib. ARDNŞ prezidentinin sözlərinə görə, vaxtı ilə bu kəmərlə ildə 5 mlrd. kubmetr qaz ötürülüb. Yenidənqurma işləri başa çatandan sonra bu kəmərlə ildə 7 mlrd. kubmetr qaz nəqli mümkün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR