Bank Of Baku

İran Ermənistanda Mehri SES-in tikintisinə başlayır

İran Ermənistanda Mehri SES-in tikintisinə başlayır
# 19 oktyabr 2009 23:53 (UTC +04:00)
Bakı – APA. Ermənistan hökuməti Azərbaycan və İranla sərhəddə yerləşən Mehri rayonunda Su Elektrik Stansiyası (SES) tikmək qərarını qətiləşdirib. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Ermənistanın energetika və təbii sərvətlər naziri Armen Movsisyan məlumat verib.
Nazir bildirib ki, Mehri SES-in tikintisi 2009-cu ilin sonu – 2010-cu ilin əvvəlində başlanacaq. Onun sözlərinə görə, layihənin texniki-iqtisadi əsaslandırılması başa çatmaq üzrədir: “Bu ilin sonunadək İran-Ermənistan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək və orada Mehri SES-in tikintisi ilə bağlı yekun sazişlər imzalanacaq”.
A.Movsisyan xatırladıb ki, İran prezidentinin Ermənistana səfəri zamanı üç nəhəng enerji layihəsi ilə bağlı sənəd imzalanıb: “Onlardan biri Mehri SES-lə bağlıdır. Razılaşmaya əsasən, SES-in tikintisinə bütün sərmayələr bu sahədə ixtisaslaşmış İran şirkətləri tərəfindən qoyulacaq. Onların qaytarılması isə istehsal olunmuş elektrik enerjisi vasitəsilə olacaq”.
Qeyd edək ki, Mehri SES-in gücü 130-140 MVt olacaq. Stansiya ildə 800-850 kVt/saat elektrik enerjisi istehsal edəcək. Araz çayı üzərində tikiləcək SES 2400 mln. dollara başa gələcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR