Bank Of Baku

Azərbaycan iki ildən sonra Türkiyəyə elektrik enerjisinin irihəcmli ixracına başlayacaq

Azərbaycan iki ildən sonra Türkiyəyə elektrik enerjisinin irihəcmli ixracına başlayacaq
# 20 oktyabr 2009 08:27 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan 2010-2011-ci illər ərzində Gürcüstanla sərhəddə iki ölkənin enerji şəbəkələrini birləşdirən 500 kV-luq yüksək gərginlikli elektrik verilişi xəttinin yenidən qurulmasını həyata keçirəcək. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

«Gürcüstan ərazisində bir sıra layihə var ki, onlar həyata keçiriləndən sonra Azərbaycan Türkiyə şəbəkəsinə enerji ötürə biləcək», - deyə E.Pirverdiyev vurğulayıb.

E.Pirverdiyevin sözlərinə görə, dövlət başçısının tapşırığına əsasən, gələn ildən bu istiqamətdə işlərə başlanacaq. Xəttin bərpası Azərbaycana Türkiyəyə elektrik enerjisi ixrac etməyə imkan yaradacaq.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında elektrik şəbəkələrinin birləşdirilməsini nəzərdə tutan «Enerji Körpüsü» (Power Bridge) layihəsinin reallaşdırılmasına dair memorandum bu ilin aprel ayında imzalanıb. Layihə çərçivəsində Gürcüstan, Azərbaycan və Türkiyə birlikdə yüksək gərginlikli şəbəkənin vahid regional modelini formalaşdıracaq.

Layihə reallaşdırıldıqdan sonra Azərbaycan Türkiyəyə 450 MVt , Gürcüstana isə 150 MVt elektrik enerjisi ixrac edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR