Bank Of Baku

Azərbaycan, İran və Rusiya elektrik şəbəkələrinin işinin sinxronlaşdırılması ilə bağlı hazırlıq işləri davam etdirilir

Azərbaycan, İran və Rusiya elektrik şəbəkələrinin işinin sinxronlaşdırılması ilə bağlı hazırlıq işləri davam etdirilir
# 20 oktyabr 2009 08:32 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan, İran və Rusiya elektrik şəbəkələrinin işinin sinxronlaşdırılması ilə bağlı hər üç ölkənin ekspertlərinin təmsil olunduğu işçi qrupları səviyyəsində işlər davam etdirilir. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

«Azərenerji» prezidentinin sözlərinə görə, şəbəkələrin sinxronlaşdırılması mürəkkəb prosesdir: «Texniki baxımdan Azərbaycanla İran arasında əlaqələri qurmaq asandır, nəinki Rusiya ilə. Burada bir çox problem var. Rusiya tərəfdə Dağıstan ərazisindəki elektrik xətlərinin infrastrukturu tam inkişaf etməyib. Bu da lazımi etibarlılığı vermir».

E.Pirverdiyev onu da vurğulayıb ki, artıq Azərbaycanla Rusiya arasında elektrik enerjisi mübadiləsində Azərbaycanın xeyrinə müsbət saldo yaranıb. Azərbaycan mübadilədən əlavə müəyyən həcmdə Rusiyaya, Naxçıvan Muxtar Respublikasından isə Türkiyəyə elektrik enerjisi ixrac edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR