Bank Of Baku

«Azərenerji» yenidən balansa qəbul etdiyi «Sumqayıtelektrikşəbəkə» və «Şəkielektrikşəbəkə»də yenidənqurma işləri aparacaq

«Azərenerji» yenidən balansa qəbul etdiyi «Sumqayıtelektrikşəbəkə» və «Şəkielektrikşəbəkə»də yenidənqurma işləri aparacaq
# 20 oktyabr 2009 08:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azərenerji» ASC ötən həftə yenidən səhmdar cəmiyyətinin balansına verilmiş «Sumqayıtelektrikşəbəkə» və «Şəkielektrikşəbəkə» ASC-lərdə şəbəkənin yenidən qurulmasını həyata keçirəcək. «APA-Economics»in bildirdiyinə görə, bu barədə «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib.

E.Pirverdiyev bildirib ki, ilk növbədə şəbəkələrdə istismar səviyyəsinin yüksəldilməsi nəzərdə tutulur: «Çalışacağıq ki, qış mövsümündə bu şəbəkələrin xidmət etdiyi ərazilərdə əhalinin enerji təchizatı ilə bağlı heç bir problem olmasın».

Qeyd edək ki, bu gün «Azərenerji» ASC-nin əməkdaşları 20 oktyabr - Energetiklər Günü münasibəti ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Səhmdar cəmiyyətinin prezidenti E.Pirverdiyev bildirib ki, Energetiklər Günü 2004-cü ildən qeyd olunur. Ötən dövrdə dövlət başçısı tərəfindən əmək fəaliyyətində fərqlənmiş onlarla energetik müxtəlif dövlət mükafatları ilə təltif olunub. Dövlət başçısının imzaladığı sərəncamla ötən gün «Azərenerji» ASC-nin 3 işçisi «Əməkdar mühəndis» fəxri adı, 11 nəfər isə «Tərəqqi» medalına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR