Bank Of Baku

Rusiya neft ehtiyatlarının yarısını hasil edib

Rusiya neft ehtiyatlarının yarısını hasil edib
# 14 dekabr 2010 09:44 (UTC +04:00)
APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Rusiya Təhlükəsizlik Şurasının dekabrın 13-də keçirilən iclası üçün hazırlanmış hesabatda bildirilir.

Sənəddə qeyd olunur ki, ölkədə proqnozlaşdırılan qaz ehtiyatlarının həcmi 165 trln. kubmetrdir.

Təhlükəsizlik Şurasının iclasında çıxış edən Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, ölkənin kəşf olunmuş neft və qaz ehtiyatları tədricən tükənməkdə olsa da, hələ də yetərli səviyyədə qalır. O, energetika sahəsində qayda-qanun yaratmaq və yanacaq-energetika kompleksini müasirləşdirmək üçün enerji təhlükəsizliyi doktrinasının qəbul olunmasının zəruriliyini vurğulayıb.

Qeyd edək ki, Rusiya hazırda təsdiq olunmuş neft ehtiyatlarının həcminə görə dünyanın 7-ci ölkəsidir. Bu ehtiyatların həcmi 74 mlrd. bareldir. Ötən il dünyada ən çox neft hasil edən ölkə məhz Rusiya olub – 494 mln. ton. Bu il bu göstəricinin 500 mln. tona çatması və yaxın iki il ərzində bu səviyyədə saxlanması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR