Bank Of Baku

Hacıqabulda 3800 abonentə smart-kart tipli qaz sayğacları quraşdırılıb

Hacıqabulda 3800 abonentə smart-kart tipli qaz sayğacları quraşdırılıb
# 14 dekabr 2010 10:09 (UTC +04:00)
Hacıqabul. Əlibәy Zeynallı - APA. Hacıqabulda 3800 abonentə smart-kart tipli qaz sayğacları quraşdırılıb.

Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon İcra Hakimiyyəti başçısının birinci müavini Sahib Aslanov məlumat verib.

Onun dediyinə görə, xüsusi standartlara cavab verən qazlaşdırma rayon mərkəzinə və 15 inzibati əraziyə çəkilməsi nəzərdə tutulub. Artıq 4800 abonentdən 3800 abonentə sayğac quraşdırılıb. Sayğacların quraşdırıldığı evlər isə mavi yanacaqla təmin edilib. Ümumi borularda qazın təzyiqi 2 atmosferdir və bu, hər bir evə bərabər paylanır. Sayğacların balansı smart-kartlarla artırılır. Bunun üçün rayon mərkəzində fəaliyyət göstərən depo da quraşdırılıb. Gələcəkdə Muğan və Nəvahi qəsəbələrində də bu tipli depoların quraşdırılması nəzərdə tutulur.

Sahib Aslanov onu da bildirib ki, ilin axırına qədər bir çox inzibati ərazilərdə, o cümlədən rayon mərkəzində qazlaşdırma başa çatacaq, ümumilikdə isə rayonun qazlaşması gələn ilin birinci rübündə yekunlaşacaq.

Qeyd edək ki, rayona yeni sistemli qaz xətlərinin çəkilişi ARDNŞ tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR