Bank Of Baku

Azərbaycan Neft Fondunun icraçı direktoru MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclasında iştirak edib

Azərbaycan Neft Fondunun icraçı direktoru MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclasında iştirak edib
# 15 dekabr 2010 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Brüsseldə (Belçika) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinin iclası keçirilib.

Azərbaycan Dövlət Neft Fondundan «APA-Economics»ə verilən məlumata görə, sözügedən tədbirdə Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə Hökumət Komissiyasının sədri, ARDNF-in icraçı direktoru Şahmar Mövsümov iştirak edib.

Qeyd edək ki, MHŞT şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub və MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana «2009-cu il MHŞT mükafatı» təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR