Bank Of Baku

Azərbaycan yanvar-noyabr aylarında sənaye istehsalını 3,1% artırıb

Azərbaycan yanvar-noyabr aylarında sənaye istehsalını 3,1% artırıb
# 15 dekabr 2010 07:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda sənaye sahəsində məhsul istehsalı keçən ilin analoji dövrü ilə müqayisədə 3,1% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, sənaye məhsulunun 76,1%-i və ya 19,2 mlrd. manatı mədənçıxarma bölməsində, 18,8%-i, yaxud 4,8 mlrd. manatı emal bölməsində, 4,5%-i və ya 1,1 mlrd. manatı elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6%-i və ya 145,7 mln. manatı su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunub.

Yanvar-noyabr ayları ərzində mədənçıxarma bölməsində 47,1 mln. ton neft, 15,5 mlrd. kubmetr əmtəəlik qaz hasil olunub. Ötən ilin eyni dövrünə nisbətən neft hasilatı 22%, əmtəilik qaz hasilatı isə 70,3% artıb.

Hesabat dövründə emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,2%, içki istehsalı 12,7%, mebeldən başqa ağacın emalı və ağacdan məmulatlar istehsalı 14,6%, kağız və karton istehsalı 22,9%, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara köçürülməsi 10,5%, neft məhsulları istehsalı 8,9%, kimya sənayesi məhsulları istehsalı 11,2%, metallurgiya sənayesi məhsulları istehsalı 22,3%, elektrik avadanlıqları istehsalı 83,2%, maşın və avadanlıqlar istehsalı 2,6 dəfə, avtomobil, qoşqu
və yarımqoşqular istehsalı 74,4 dəfə artıb.

İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 16 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub ki, ötən illə müqayisədə bu göstərici dəyişməz qalıb.

Sənaye məhsulu istehsalı neft sektorunda 2,5%, qeyri-neft sektorunda isə 5,9% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR