Bank Of Baku

Səfir: “Qazaxıstan ixrac üçün əlavə həcmdə qaz ehtiyatına malik deyil”

Səfir: “Qazaxıstan ixrac üçün əlavə həcmdə qaz ehtiyatına malik deyil”
# 15 dekabr 2010 13:03 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Hazırda Qazaxıstan ixrac üçün əlavə həcmdə qaz ehtiyatına malik deyil.

APA-Economics”in xəbərinə görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bu gün keçirdiyi mətbuat konfransında ölkəsinin “Nabucco” layihəsində iştirakının mümkünlüyü haqda sualı cavablandırarkən bildirib.

“Qazaxıstan əsasən neft ixrac edən ölkədir. Özümüzün əlavə qazımız yoxdur. Çıxardığımız qazı neft hasilatı zamanı təzyiqi gücləndirmək üçün yenidən laylara vururuq” - deyə səfir qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstanın cənub rayonlarının qaza olan tələbatı Özbəkistandan idxal hesabına həyata keçirilir. Hazırda bu problemin həlli üçün qaz kəmərinin çəkilişinə dair işlər həyata keçirilir.

Qeyd edək ki, «Nabucco» qaz kəməri Xəzər regionundan təbii qazın Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2012-ci ildə başlanacaq «Nabucco» qaz kəməri ilə Azərbaycan qazının nəqli 2015-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Son qiymətləndirmələrə görə, uzunluğu 3 300 km olacaq boru xəttinin tikintisi təqribən 7,9 mlrd. avroya (12,3 mlrd. ABŞ dolları) başa gələcək. Bu xərcin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR