Bank Of Baku

Azərbaycanın “Çıraq” platformasında neft hasilatı dayandırılıb

Azərbaycanın “Çıraq” platformasında neft hasilatı dayandırılıb
# 15 dekabr 2010 15:20 (UTC +04:00)
Bu barədə “APA-Economics”ə “BP Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.

Onun sözlərinə görə, sözügedən platformada hasilatın dayandırılması profilaktik təmir işləri ilə bağlıdır: “Platformada aparılan yoxlamalar zamanı yanğın əleyhinə sistem avadanlığının təmirə ehtiyacı olduğu aşkarlanıb. Məhz bu səbəbdən “Çıraq” platformasında hasilat dayandırılıb və sözügedən avadanlığın təmirinə başlanılıb. Platformanın fəaliyyəti təmir bitəndən sonra bərpa olunacaq”.

T.Bayatlı onu da qeyd edib ki, yataqlar blokunun digər platformaları normal qaydada fəaliyyətini davam etdirir.

Xatırladaq ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 34,1%), “Chevron” (10,2%), ARDNŞ (10%), “Inpex” (10%), “StatoilHydro” (8,6%), “ExxonMobil” (8%), TPAO (5,6%), “Devon Energy” (5,6%) və “Hess” (2,7%) şirkətləri iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR